|
|
 |
Coğrafiyası və iqlimi
Baş Göynük kəndi Şəki rayonunun şimal-qərb hissəsində yerləşir. Kənd Böyük Qafqaz dağlarının ətəyində yerləşdiyi üçün sərt qışı və mülayim isti yayı ilə fərqlənir. Azərbaycanın ən çox selli çaylarından biri olan Şin çayı da bu kəndin ərazisindən keçir. Bu çayın uzunluğu 36 km-dir.
[redaktə / تحریر]
Əhalisi
2009-cu il siyahıya alınmasında əhalinin sayı 8436 nəfər təşkil edib. [Mənbə göstərin]
[redaktə / تحریر]
Görkəmli şəxsiyyətləri
Gülarə Köylü qızı (Qədirbəyova) — XX əsrin əvvəllərində nəşr olunan "Şərq qadını" jurnalının ilk redaktoru, məşhur maarifpərvər, ictimai xadim;
Məhəmməd Cavadoğlu — XIX əsrin sonu, XX əsrin əvvəllərində Çar Rusiyasına (imperializmə) qarşı vuruşmuş xalq qəhrəmanı;
Yaqub Mahmudov — millət vəkili, AMEA-nın Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor;
Qərib Calalov — AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor;
Fərman İsmayılov — fəlsəfə elmləri doktoru, professor;
Musa İslamov — filologiya elmləri doktoru, professor;
Ibrahim Məmmədov- kimya elmləri namizədi, dosent;
Ziya Hacızadə — geologiya-minerologiya elmləri namizədi, professor;
Baba Babazadə — ədəbiyyatşünas.
[redaktə / تحریر]
İqtisadiyyatı
Kənd əhalisinin böyük əksəriyyəti kənd təsərrufatı ilə məşğul olur. Maldarlıq və əkinçiliyin yaxşı inkişaf etməsinə baxmayaraq yararlı torpaq sahələrinin kənddən uzaqda olması (10-15km) maddi və vaxt itkisinə yol açır. Sovet İttifaqı dövründə Baş Göynük əsasən tütünçülük və baramaçılıq üzrə ixtisaslaşmış təsərrüfata malik idi və Şəki rayonunda bu sahələr üzrə əsas yeri tuturdu.
Meyvəçilik təsərrüfatda kiçik paya malik olsa da, qoz və fındıq bağları əhəmiyyətli dərəcədə inkişaf etmişdir. Kəndin meşələri cır meyvə ağacları ilə zəngindir.
Kəndin böyük turizm potensialı vardır. Yaşıl meşələr, uca dağlar, çaylar, bulaqlar, mülayim iqlim və s. turizm üçün böyük imkanlar açır. |
|
 |
|
|
|
The owner of this website hasn't activated the extra "Toplist"! |
|
|
 |
|
|
|
|